
Şüuraltinin gücü
О книге
“Şüuraltının gücü kitabında Joseph Murphy şüuraltına təsir üçün çoxsaylı sadə metodlar göstərir. Əgər onları düzgün tətbiq etsəniz, bu sizə şüuraltı problemi yaranarkən düzgün həll yolunu tapmağa, yüksək əxlaqi dəyərlər qazanmağa və pis vərdişlərdən xilas olmağa kömək edəcək. Kitab, bütün yaşlardan olan geniş oxucu çevrəsi, xüsusən də, gənc nəsil üçün nəzərdə tutulub. Bu kitab sizin həyatınızda necə möcüzə yarada bilər? Mən hər xalqın, irqin nümayəndəsinin və hər təbəqədən olan insanların həyatında möcüzələrin baş verdiyini öz gözlərimlə görmüşəm. Şüuraltınızın sehrli gücünü tətbiq etməyə başlayan kimi sizin də həyatınız möcüzəvi şəkildə dəyişəcək. Bu kitab düşüncə tərzinizin və təxəyyül şəkillərinizin sizin həyatınızı necə formalaşdıracağı və müəyyənləşdirəcəyindən bəhs edəcək. Çünki insanın tipi və mahiyyəti onun şüuraltının məzmunu ilə eynidir. Bilirsinizmi niyə? Niyə bir insanın həyatı kədərə bürünüb, digərinin həyatı isə xoşbəxtlik saçır? Niyə bir insan var-dövlət və hörmət sahibi ikən, onun qonşusu yoxsulluq və məhrumiyyətlər içində yaşayır? Nəyə görə biri qeyri-əminlik və qorxu içində əzab çəkərkən, digəri gələcəyə əminliklə baxır? Niyə birinin dəbdəbəli villası varkən, digəri bütün ömrünü gecəqonduda çürüdür? Nə üçün bir insan uğur dalınca uğur qazanarkən, digəri dayanmadan aşağı gedir? Niyə bir natiq öz nitqi ilə insan kütlələrini cəlb edərkən, digərinin səsinə heç kim səs vermir? Niyə bir insan dahiyanə ixtiralar edərkən, digəri süst və ruhsuz işləyir? Niyə biri hansısa sağalmaz xəstəlikdən qurtulurkən digəri həmin xəstəlikdən ölür? Nəyə görə bir çox yaxşı və mömin insanlar dəhşətli cismani xəstəliklərdən əziyyət çəkərkən, tanıdığımız və o qədər də xeyirxah olmayan insanların əla sağlamlığı və parlaq uğurları olur? Niyə bir qadının xoşbəxt nikahı baş tutarkən, digəri əri ilə bağlı yalnız məşəqqət və xəyal qırıqlığı yaşayır? Niyə? Bu və bir çox digər sualların cavabı şüur və şüuraltının mahiyyət və funksiyalarıdır. Mən niyə bu kitabı yazdım? Mən bu kitabı yazarkən təkcə bu və ya digər suala cavab vermək arzusunu rəhbər tutmamışam, həm də qarşılıqlı əlaqəni göstərmək istəmişəm. Mən sizin mənəvi həyatınızın ilkin səbəblərini və ən dərin sirlərini sadə sözlərlə izah etməyə çalışmışam. Çünki həmişə əmin olmuşam ki, insan qəlbinin hətta ən gizli qarşılıqlı əlaqələrini son dərəcə asan və sadə yolla ifadə etmək mümkündür. Ona görə də mənim kitabım sizin emalatxananızda, ofis və ya ailənizdə eşitməyə vərdiş etdiyiniz sadə dildə yazılıb. Mən əminliklə rica edərdim ki, bu səhifələri və ordakı metodları tədqiq edəsiniz. Çünki tamamilə əminəm ki, sizi hər cür xaos və iztirabın əlindən ala biləcək, ümidsizlik və məyusluqdan azad edəcək, hər cür uğursuzluqdan qorumağa qadir möcüzəvi gücü kəşf edəcəksiniz. Bu kitab sizə layiq olduğunuz mövqeyə nail olmaq üçün güc verəcək. O sizə bütün çətinliklərin öhdəsindən gəlməyə, mənəvi yorğunluq və fiziki əzablardan xilas olmağa kömək edəcək, azadlığa, xoşbəxtliyə və ruhi sakitliyə gedən birbaşa yolu göstərəcək. Şüuraltınızın möcüzəvi gücü hər birinizə şəfa gətirəcək və sizdə yeni güc oyadacaq. Qəlbinizin gücü üzərindəki hakimiyyət sizi, indi əsirliyində olduğunuz minlərlə qorxu və narahatlıqdan xilas edəcək. Möcüzəvi gücün açarı Fikrimcə, insanın özünün şəfa tapması bizim şüuraltımızın möcüzəvi gücünün ən heyrətamiz sübutudur. Mən, 42 il əvvəl tibbdə “sarkoma adlanan bədxassəli şişdən bu yolla xilas olmuşam. Məni yaradan həmin güc orqanizmimi məhz həyat cərəyanı ilə idarə edir. Şübhəsiz, mənim tətbiq etdiyim metodikanın belə təsviri istənilən oxucunu hər insanın qəlbinin dərinliyində yaşayan sonsuz şəfa gücünə bütünlüklə inanmağa vadar edəcək. Dostumun və tibbi məsələlər üzrə məsləhətçimin müdaxiləsi sayəsində mən qəfildən, bədənimi formalaşdıran, bütün orqanlarımı yaradan və ürəyimi döyündürən həmin yaradıcı müdrikliyin öz yaratdığını hər şeydən yaxşı sağaldacağını anladım. Köhnə atalar sözündə deyildiyi kimi: “Həkim yaraları sarıyır, amma Tanrı sağaldır.
Источник описания: litres
Характеристики
- Год
- 2022
Шкалы книги
- Романтика
- Динамика
- Мир и детали
- Мрачность
- Юмор